Azərbaycan daha bir Xalq artistini itirdi

Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib.
 
Senzor.az bildirir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib.
 
1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə Dövlət Dram Teatrda direktor və bədii rəhbər vəzifələrində çalışıb.
 
Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri", Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s. pyeslərinə quruluşlar verməklə, realist rejissor məktəbinin yetirməsi kimi maraqlı rejissor tarktofkaları və səhnə məziyyətlərilə özünün dolğun və rəngarəng sənət məktəbini yarada bilib.
 
Bu müddət ərzində Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdü.
 
Görkəmli sənətkar 4 mart 1992-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi, 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına,  həmçinin 25 iyun 2013-cü ildə “Tərəqqi” medalına və 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.