Yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi aşkarlandı ÜÇ RAYONDA

Biləsuvar, Astara və Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.
 
Daxili İşlər Nazirliyindən sensor.az-a verilən məlumata görə, COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən Biləsuvar rayon sakini R.Yaqubova ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Biləsuvar Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb
 
Astarada isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş R.Mahmudovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
 
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb. Belə ki, rayon sakinləri O.Əzizov və E.Feyzullayev karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıblar.
 
Faktlarla bağlı araşdırmalar aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.