
Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 m² olan mətbəxdə 5 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.
Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 3 nəfər bina sakini (onlardan 1-i azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə olunub.
Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.