Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 77 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 827 667 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 314 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 285 nəfərdir.
Ölkədə son sutka ərzində 2 129, hazırkı dövrədək isə 7 471 631 test aparılıb.