Bakıda eyni məhəllədə yaşayan 13 gəncə 1 milyonluq borc bildirişi gəldi
VİDEO

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.

 

“Xezerxeber.az” bildirir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.

 

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.

 

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.

 

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

 

Onları bu işə yönəldən Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də dələduzların qurbanı olub.

 

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirib. Onun sözlərinə görə, nə sənəd imzalayanları tanıyır, nə də sənəd imzalatdıranları.

 

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

 

Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.