Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələnin maqnitudası 3,8 bal, dərinliyi 13 km olub.