Masallı rayonundakı Musaküçə kənd F.Xancanov adına tam orta məktəbin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya bildiriblər ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.