Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olanlardır.
Senzor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Sədr bu rəqəmləri göstərici kimi müsbət qiymətləndirib: "Bu rəqəmlər çox yaxşıdır. Hesab edirəm ki, 18 faiz heç də az rəqəm deyil. Onu da deyim ki, 35 yaşa qədər olanlar isə ümumilikdə 36 faiz təşkil edir. Bu da çox yaxşı rəqəmdir", - o deyib.