Naxçıvanda yeni təyin olunmuş məktəb direktoru işdən azad edildi - MÜƏLLİMLƏRİN ETİRAZINDAN SONRA
YENİLƏNİB, FOTO

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

 

APA xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olunması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

 

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçib.

 

Görüşdən sonra nazirlikdən bildirilib ki, fevralın 1-də təyin olunan direktor Turan Məmmədli işdən azad edilib. 

 

**09:58


Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

 

APA xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar. Onların heç biri dərsə girməyib.

 

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə, dərs keçməyəcəklərini deyirlər.

 

Hadisə yerinə Naxçıvanın təhsil naziri Rəhman Məmmədov gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.