Fotoqraf Vəli Şükürov saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, 27 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev fotoqrafın saxlanıldığını təsdiqləyib: "Saxlanılıb. Araşdırma aparılır. Onun saxlanılmasında siyasi motiv yoxdur".