Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.
**10:58
Sumqayıtda intihar hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində baş verib.
Belə ki, Vüsal Qiyas oğlu Mirzəyev özünü yaşadığı həyətdə qaz borusundan asıb.
Məlumata görə, intihar edən şəxs vəkil kimi fəaliyyət göstərib. Vəkilin hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.