Bakı Zooloji Parkına bilet neçəydir? -
QİYMƏTLƏR
Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.
 
Senzor.az bildirir ki, Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə açıqlamasında biletin qiymətinin böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat olacağını deyib.
 
"Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Kassalar saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək", - deyə N.İsayeva bildirib.
 
 
Qeyd edək ki, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
 
Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
 
Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.