Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.
APA-nın xəbərinə görə, Gəncə şəhəri, Atatürk prospekti 164 ünvanında yerləşən kirayə tutulmuş evdə 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyev və 2000-ci il təvəllüdlü Aytən Elsəvər qızı Abdullayevanın meyitləri aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölümün baş vermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.
Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.