Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
“Report”un nun məlumatına görə, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları - 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.