Bakıda 3 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.
Senzor.az bildirir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu - 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini - 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.