“Azərbaycan Avropaya təbii qaz ixracını daha da artacaq”.
Bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir deyib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını 2 dəfə artıracaq: “Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”.
Pərviz Şahbazov qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq: “Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixrac etməyi planlaşdırırıq”.