"Şuşada bu il 23 yaşayış binası hazır olacaq"

Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şuşada 450 mənzildən ibarət 23 yaşayış binasının inşası başa çatacaq.


Senzor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.


O bildirib ki, bu ilin sonuna kimi Şuşa sakinləri həmin binalardakı mənzillərə köçürüləcək: "Tikilən binaların hamısında Şuşa şəhərinin mədəni irsi,tarixi də qorunur və şəhərin memarlıq üslubuna uyğun inşa olunur. Şuşalıların böyük qayıdışı planına əsasən bu ilin sonuna qədər ilk qrup Şuşa şəhərinə qayıdacaq".


Xidmət direktoru bildirib ki, paralel olaraq şəhər ərazisində iaşə obyektləri də inşa olunur: "Hazırda Şuşada "Xarı Bülbül" və "Qarabağ" hotelləri fəaliyyət göstərir. Bundan başqa, "Xarı Bülbül" hotelinin ikinci korpusu və "Yeni Şuşa" hotelinin inşası davam etdirilir. Eyni zamanda Şuşada yerli investorlar hesabına 10 yeni iaşə obşetki inşa edilir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.