Yol polisi Cavid Əkbərovun maşınında 3 kq 550 qram narkotik maddə aşkarladı - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti (YPX) postunda 3 kq 550 qram narkotik maddə aşkar edilib.

 

Senzor.az bildirir ki, bu barədə BDYPİ-nin  şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

 

Onun sözlərinə görə, ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı 99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət qaydasında Ələt-Astara-İran sərhəddi avtomobil yolunun 143-cü km-də, Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.

 

Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin, 700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.