Tərtər rayonunun Talış kəndinə köçəcək sakinlərlə görüş keçirilib və evlərin püşkatma mərasimi baş tutub.
Senzor.az bildirir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Tvitter”də bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, görüşdə əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.