"İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur" - EMİN HÜSEYNOV
YENİLƏNİB

"Tərtərin işğaldan azad edilən Talış kəndinə ikinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur".


Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, Talış kəndinə ilkin mərhələdə 30 ailə köçürülüb:


"Həmin ailələr Tərtərin Bayraq meydanında cəm olduqdan sonra Talış yola salındı. Burada sakinlərə gələcək planlar barədə məlumat verildi. Talış kəndində birinci mərhələ üzrə 20 yaşayış, 9 qeyri-yaşayış binası, eyni zamanda bütün yolun əsas magistral, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilərək əsaslı şəkildə qurulub. Kənd ilk dəfə olaraq Qarabağ iqtisadi rayonu ərazisində tikilən kənddir və tamamilə qazlaşdırılıb, sakinlərin rahat yaşamağı üçün hər cür şərait yaradılıb".


E.Hüseynov əlavə edib ki, hazırda Talış kəndində bərpa quruculuq işləri davam edir:


"İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrin yaşayacağı evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq".("Report")

**12:38

Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start götürüb.


Tərtər rayon bayraq meydanında təşkil olunan tədbirdə köç etməyə hazırlaşan ailələr, Talış-Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlarda qazı olmuş hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edir.


Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbirdə əlamətdar günü vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri müşayət edir.

Qeyd edək böyük qayıdış zamanı 90 nəfərdən ibarət 20 ailə Talış kəndinə yola düşəcək. Köç iki mərhələdə həyata keçiriləcək. Hər mərhələdə on ailə öz doğma yurduna dönəcək.


Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.