“Bu il Zəngilanın Ağalı kəndində 9-cu siniflər üçün buraxılış imtahanı keçiriləcək”.
Senzor.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, bu il Ağalıda qəbul imtahanının isə keçirilməsinin planlaşdırılmadığını bildirib.
**11:23
İmtahan zalına qumbara keçirməyə çalışan olub.
Senzor.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
Əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub. Biz kriminal xronikanı heç vaxt şişirməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır.