Şahbulaq, Dövlətyarlı və Kürdmahmudlu yatağının istismara verilməsi istiqamətində iş aparılır

Keçən il işğaldan azad edilmiş rayonlarda mövcud olan 67 yatağın kadastr işləri icra edilib, işğal dövründə istismar edilən yataqlardan yeddisinin təftişi və monitorinqi aparılıb, dəymiş ziyan ilkin olaraq qiymətləndirilib.


Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.


Hesabatda qeyd olunub ki, Ağdam, Laçın və Kəlbəcər rayonları üzrə 57 qeyri-filiz və inşaat materialları yataqlarının, eləcə də Xocalı rayonu ərazisində Sığnaq və Yemişcan mərmərləşmiş əhəngdaşı təzahürlərinin təftişi başa çatdırılıb.


Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Hovuslu və Sədi, Xocavənd rayonu ərazisində Arakül, Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib.


Ağdam rayonu ərazisində yerləşən Şahbulaq tikinti daşı yatağının, Füzuli rayonunda yerləşən Dövlətyarlı tikinti daşı yatağının və Kürdmahmudlu gil yatağının istismara verilməsi istiqamətində iş aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.