Hesabatda da qeyd olunub ki, ölkədə 5 milyondan çox məşğul əhali var. Bunun isə cəmi 1 milyondan çoxu neft və qeyri-neft sektorunda çalışır. Bəs qalanları? Niyə onlar barədə məlumat yoxdur?
Senzor.az bildirir ki, bunları Milli Məclisin deputatı Tahir Kərimli parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
“Onların hansı iqtisadi fəaliyyətlərlə məşğul olmasından xəbərimiz yoxdur. Halbuki çoxunun adına torpaq sahələri var. Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.
“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarda veririkmi? Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı. Hara baxırsan çətinliklər var”, – deyə T.Kərimli əlavə edib.