Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, bazar günü ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.