Ağsu Qoruğunda “Qədim Novruz Töhfələri” adlı sərgi açılıb - FOTO

“Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda Novruz bayramına həsr olunan “Qədim Novruz Töhfələri” adlı sərgi açılıb. 

 

Senzor.az bildirir ki, sərgi “Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, “NUR Art House” xalça qalereyası və “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. 

 

Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu üzrə baş məsləhətçisi Cavanşir Şeydazadə, Ağsu Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Osmanov, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov çıxış edərək, Ağsu rayonu ərazisində bu sərginin keçirilməsinin vacibliyini vurğulayıb, sərginin işinə uğurlar arzulayıblar. 

Tədbirdə Ağsu rayon mərkəzi kitabxanasının, Ağsu rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Ülgüc və Gəgəli kəndləri ictimaiyyətinin nümayəndələri, Ağsu rayon məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. 

 

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova  tədbir iştirakçılarını salamlayıb,  onları Novruz bayramı münasibətilə təbrik edib və sərginin təşkilinə görə “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevaya təşəkkürünü bildirib. O, sərginin əsas məqsədinin sənətin bütün sahələrinə aid yaradıcılıq nümunələrinin tanıdılmasına nail olmaq, gənc nəsil arasında maraq yaratmaq və bu milli sənət növlərinin inkişafına kömək etmək olduğunu nəzərə çatdırıb.

 

Ağsu Qoruğunun Ekspozisiya və kütləvi  ekskursiya şöbəsinin  müdiri, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü,   sənətşünas Səma Alməmmədli bildirib ki, 2010-cu il tarixindən fəaliyyətə başlamış “Azərbaycan Xalçaçıları” İctimai Birliyi bu müddət ərzində Azərbaycan xalçasının və xalçaçılıq ənənələrinin təbliği və təşviqi istiqamətində bir çox yerli və beynəlxalq tədbirlər keçirib. Sərgidə Birlik üzvləri   rəssamlar Eldar Hacıyevin, Natiq Nəcəfzadə və digərlərinin xalça, bədii tikmə, ağacoyma kimi dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Səma Alməmmədli tədbirə gələn qonaqları sərgi ilə tanış edib və təqdim olunan eksponatların tarixi barədə onlara məlumat verib.   

Qoruğun bələdçisi Xoşqədəm Əkbərova bildirib ki, sərgidə dekorativ-tətbiqi sənətlə yanaşı, təsviri incəsənət nümunələri də nümayiş olunur. 

Tədbirdə xanəndə Orxan Habiloğlunun rəhbərliyi ilə “ Ana laylası” ansamblı, eləcə də ifaçılar Xalid Dursunəliyev, Saleh Hüseynov, Gülnarə Bəndalıyeva və Elvin Babayev maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

Ağsu - İsmayıllı regional uşaq incəsənət və musiqi məktəbinin şagirdi Amin Xankişiyev qarmonda "Yallı" rəqsini, musiqi məktəbinin tələbəsi Səyyad Məmmədov "Sudan gələn sürməli qız" xalq mahnısını, Ağsu şəhər Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri Mələk Əkbərli və Leyla Səmədzadə isə "Nəlbəki" rəqsini ifa ediblər. 

Tədbirdə yumurta döyüşdürülüb, haxıştalar və Novruza aid şeirlər səsləndirilib. 

 

Azərbaycan milli musiqisinin, milli rəqs parçalarının, milli mətbəx təamlarının, eləcə də folklor və qədim sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi 18 aprel tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.