Şəkidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
“Unikal” xəbər verir ki, hadisə ötən gecə Şəki şəhəri, M.Ə Rəsulzadə prospektində baş verib.
1963-cü il təvəllüdlü Əli Hacı oğlu Hacıyev, 1969-cu il təvəllüdlü Firuzə Cəlal qızı Hacıyeva və 2010-cu il təvəllüdlü Şəhriyar Xalid oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Onların yaşadıqları evdə dəm qazından zəhərləndikləri ehtimal olunur.