Göyçayda intihar hadisəsi qeydə alınıb.
”Report” xəbər verir ki, rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu yaşadığı evdə özünü asıb.
Ailə üzvləri hadisədən gec xəbər tutduqları üçün onun həyatını xilas etmək mümkün olmayıb. Rəhim Həmidovun özünə qəsd etməsinin səbəbi hələlik bilinmir. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.