Bakıda avtosalondan maşın qaçırılıb

Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 28-i gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

Keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.

 

Martın 27-i saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq saxlanılıb.

 

Faktlarla bağlı Xətai və Nəsimi rayon polis idarələrində araşdırmalar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.