Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib.
Nazirlikdən Senzor.az-a verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.
Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.