Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bu barədə əmr imzalayıb.
Mədəniyyət nazirliyindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, V.Hüseynova şiddətli töhmət verilmişdi.