Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişi ilə bağlı yaranan problem aradan qaldırılıb.
"Report"un məlumatına görə, işıqsız qalan ərazilərdə elektrik enerjisinin verilməsi tam bərpa olunub.
Xatırladaq ki, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.
**00:31
Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
“Report”un məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Şəhər sakinləri bildiriblər ki, artıq bir saatdan çoxdur elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib.
Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.