Bu il 18 bağça müdiri işdən çıxarılıb
YENİLƏNİB

Bu ilin ötən dövründə 18 bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub.


Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.


O bildirib ki, ötən il isə 14 bağça müdiri işdən çıxarılıb.

**12:59

Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.


Senzor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.


O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək:


"Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını bağçaya yerləşdirə bilsinlər".

**12:41

Bölgələrdə uşaq bağçalarının əsaslı təmirə ehtiyacı var.


Bu barədə bu gün Elm və Təhsil Nazirliyi ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.


O qeyd edib ki, bir çox bölgələrdə isə bağçaların yaradılmasına ehtiyac var.


“Bağçalarda müəyyən mənada bəzən resurs qıtlığı müşahidə olunurdu. Valideynlər çox sıx şəkildə müraciət edirdi ki, bağçaya qəbul çətindir, süründürməçilik olur. Nazirlik olaraq bu kimi problemlərin həlli istiqamətində işlər görüldü və bağçalarda elektron qeydiyyat sistemi işə salındı”,- deyə o əlavə edib.


Qeyd edək ki, 20 dekabr 2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 2022-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.


Sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.