“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda kitab təqdimatı FOTO


“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycan Arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” beynəlxalq konfransının materialları” kitabının təqdimatı keçirilib.

 
AZƏRTAC xəbər verir ki, tədbiri açan qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli professor Qafar Cəbiyevin uzun illərdir Qəbələ, Ağsu, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarında aparılan arxeoloji tədqiqatlara rəhbərlik etdiyini bildirib. Qeyd edib ki, həmin tədqiqatlar nəticəsində antik və orta əsrlər tarixinin bir sıra məsələlərinə elmi cəhətdən aydınlıq gətirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz onun tədqiqatlarının nəticəsidir. Professor Qafar Cəbiyev yazılı mənbələrdə adıçəkilən, lakin yeri bilinməyən Mehrəvan şəhərinin qalıqlarını üzə çıxarıb, orada genişmiqyaslı tədqiqat işi aparıb.
 
Fariz Xəlilli professor Qafar Cəbiyevin arxeologiya elmi sahəsində özünəməxsus məktəbin əsasını qoyduğunu qeyd edib, onun yetirmələrinin müxtəlif ekspedisiyalarda səmərəli şəkildə işlədiyini bildirib. 
Təqdimat mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, “Qəbələ” Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Araz Manaflı, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və digər elmi müəssisələrin əməkdaşları iştirak ediblər.
 
Mahir Qəhrəmanov çıxış edərək Mədəniyyət naziri Anar Kərimovun və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Azad Cəfərlinin təbrikini çatdırıb, alimin elmi nailiyyətlərinin və nəşrlərinin yüksək qiymətləndirildiyini vurğulayıb. O Qafar Cəbiyevə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanını təqdim edib.
 
Tədbir iştirakçılarından AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Elmira Abbasova, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə və digərləri professor Qafar Cəbiyev haqqında təəssüratlarını bölüşüb, onun arxeologiya sahəsində həyata keçirdiyi layihələrdə və ekspedisiyalarda iştirak zamanı qazandıqları təcrübəni dilə gətiriblər.
 
Sonda professor Qafar Cəbiyev Azərbaycanda arxeologiya elminin inkişafı sahəsindəki xidmətlərini yüksək dəyərləndirdiklərinə görə tədbir iştirakçılarına təşəkkür edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.