Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Senzor.az bildirir ki, məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib”, - məlumatda qeyd edilib