
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu yarımadada və Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.