
“Report”un məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəhər sakinləri - 1987-ci il təvəllüdlü Orucova Güldanə Əhməd qızı və 2013-cü il təvəllüdlü Dadaşlı Emil Fəqani oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.