
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, ölkənin rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.