Azərbaycanda minimum əməkhaqqı 300 manata qaldırılır
Ölkə
Azərbaycanda minimum aylıq əməkhaqqı gələn ilin əvvəlində 250 manatdan 300 manata qaldırılacaq. Senzor.az bildirir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı da qaldırılır: 170 manatdan 200 manata.