
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Tural Yaqubov yaxalanıb.
Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
