Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək havanın qeyri-sabit keçəcəyi gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacaq.
Noyabrın 10-da axşam 18-23 m/s, arabir 27-32 m/s şimal-qərb küləyi əsəcək, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müayisədə ayın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.
Noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək bölgələrdə də hava şəraitinin dəyişəcəyi gözlənilir.
Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.
Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.