"ASAN xidmət" mərkəzlərində COVID pasportu tələb olunmur RƏSMİ

"ASAN xidmət" mərkəzlərində COVID pasportu tələbi yoxdur.
 
Senzor.az
bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
 
Ü.Mehdiyevin sözlərinə görə, bu onunla bağlıdır ki, burada vətəndaşlara zəruri olan sənədlərin verilməsi təşkil olunur:
“Buna görə də hər hansı ilkin şərt yoxdur. Amma son dövrlər COVID pasportu tələb olunacaq deyə "ASAN xidmət" mərkəzlərinə kütləvi axın var. Bu, epidemioloji vəziyyəti gərginləşdirən amildir”.
 
O bildirib ki, “ASAN xidmət” mərkəzlərində xidmətlər üçün elektron növbə sistemi var və hər kəs bu tətbiqi telefona yükləyə, gəlməmişdən əvvəl onlayn qaydada növbə götürə bilər: “Vətəndaşlardan xahiş edirik ki, vaxtlarına qənaət etsinlər, həm də risklər almadan əvvəlcədən növbə götürsünlər”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.