Bakıda kommunal xidmət işçilərinə velosipedlər verildi FOTO

Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.
 
Senzor.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinə istinadən bildirir ki, xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.
 
Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır.
 
Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır. Lakin təəssüf ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə atırlar. Bu da həm sakinlərin, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhəri çirkləndirir. Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.