1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib və Bakıya Hərbi Qənimətlər Parkına gətirilib.
Senzor.az xəbər verir ki, hazırda ekspozisiya nümayiş olunması üçün parkda quraşdırılır.
Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.
Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.