Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Qarabağda mülki əhaliyə qarşı hər hansı xoşagəlməz və digər hüquqazidd halların baş verməməsi üçün bütün lazımi tədbirlər görülür, onların sağlamlığı nəzarətdə saxlanılır. 

 

Senzor.az bildirir ki, bunları jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyi  Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

 

O qeyd edib ki, hazırkı vəziyyətə görə ərazidən çıxarılmış Daxili İşlər Nazirliyinə, eləcə də Müdafiə Nazirliyinə müraciət edən erməniəsilli vətəndaşlarımız müvafiq düşərgələrdə yerləşdirilir, onların qida və tibbi ehtiyacı təmin edilir. Çünki onların hər biri Azərbaycan Respublikasının erməniəsilli vətəndaşlarıdır.

 

O bildirib ki, ümumiyyətlə ərazidə mülki əhalinin mühafizəsi Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu gün davam etdirilən tədbirlər ona görədir ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin. Bundan başqa, əlavə qüvvələr cəlb edilərək erməni silahlılarından qalan və təhlükə yaradan obyektlər müəyyənləşdirilir və yoxlanılır. Həmçinin mühəndis istehkamçılarımız tərəfindən bu istiqamətdə işlər də davam etdirilir.

 

“İndiyədək olan razılaşmaya müvafiq olaraq hazırkı vəziyyətə görə hər hansı ciddi problemli hadisə baş verməyib. Qarabağ iqtisadi rayonunda bu istiqamətdə tədbirlər aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə davam etdirilir”, - deyə Elşad Hacıyev vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.