Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında və keyfiyyətlə icra olunacaq.
Senzor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:
"Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək".