Goranboyda evə maskalı basqın etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Oktyabrın 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib müxtəlif bədən xəsarətləri yetirmələri, sonra da 2 000 manat, 5 380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyaları ələ keçirib hadisə yerini tərk etmələri barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, polis əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri -  1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıblar. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.