Xəbər verdiyimiz kimi, bu gün Füzuli Şəhəri Günüdür.
Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.
Əlamətdar gün qala-konsert və atəşfəşanlıqla bitib.
Musiqili axşamda müğənnilər Murad Arif, Günay İbrahimli və Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu çıxış ediblər.
Möhtəşəm atəşfəşanlıq dəqiqələrlə davam edib, şəhər sakinlərinin maraq və heyrətinə səbəb olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.