Bu gün saat 15 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.
“Report”un məlumatına görə, hadisə nəticəsində F.Talıbov, eləcə də sərnişinləri - Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər – 1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü Sultanov Yaşar Vladislav oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.