Şair Balayar Sadiq (Əliyev Balayar Sadiq oğlu) bu gün huşsuz vəziyyətdə Təcili Tibbi Yardım maşını ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə gətirilib.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, o, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib: “Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir”.