Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Senzor.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.
Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.